Kramatorskda təhsil müəssisələri vurulub- FOTOLAR

   Kramatorskda təhsil müəssisələri vurulub-    FOTOLAR
  19 Avqust 2022    Oxunub:407
Avqustun 19-da rus ordusu Kramatorska daha bir zərbə endirib. Hücum nəticəsində təhsil müəssisələri dağıdılıb.
AzVision.az xəbər verir ki, bu barədə şəhər meri Aleksandr Qonçarenko Facebook-da məlumat yayıb.

"İlkin məlumatlara görə, itki yoxdur", - mer yazıb.

Qonçarenko zərər görmüş binaların fotolarını da dərc edib. Bunlar Kramatorsk Peşəkar Texnologiya və Dizayn Kolleci və Donbass Dövlət Maşınqayırma Akademiyasıdır.

Qeyd edilir ki, ruslar bunlardan başqa da təhsil müəssisələrini atəşə tutublar. Təxminən saat dörddə Nikolaevdəki Petro Moqila adına Çernomorsk Universitetini atəşə tutublar. Artıq ikinci dəfədir ki, bu universitetdə yanğın baş verir.


Tural Tağıyev
AzVision.az

Teqlər: Ukrayna  







Xəbər lenti