"Yelenovkaya missiya göndərməyi müzakirə etdik" - Zelenski

"Yelenovkaya missiya göndərməyi müzakirə etdik" -    Zelenski
  18 Avqust 2022    Oxunub:456
Ukrayna Prezidenti Volodimir Zelenski BMT-ni Rusiyanın ukraynalı məhbuslarla bağlı beynəlxalq hüquqa riayət etməsini təmin etməyə çağırıb.
AzVision.az “RBC-Ukraina”ya istinadən xəbər verir ki, Zelenski BMT-nin baş katibi Antoniu Quterreşlə görüşündən sonra belə bəyanatla çıxış edib.

"Mən baş katibi Rusiyanın əsirlərlə bağlı beynəlxalq hüququn bütün normalarına əməl etməsini təmin etmək üçün BMT-nin bütün imkanlarından istifadə etməyə çağırdım. Biz Yelenovkaya missiya göndərməyi müzakirə etdik", - Prezident deyib.

O, həmçinin vurğulayıb ki, Yelenovkada 50-yə yaxın ukraynalı hərbi əsirin öldürüldüyü terror aktı ilə bağlı tam həqiqəti müəyyənləşdirmək lazımdır.

AzVision.az

Teqlər:







Xəbər lenti