Türkiyə ordusu 20-yə yaxın terrorçunu məhv edib

Türkiyə ordusu 20-yə yaxın terrorçunu məhv edib
  18 Avqust 2022    Oxunub:1116
Türkiyə ordusu Suriyanın şimalında “Fərat Qalxan” bölgəsinə hücuma hazırlaşan 7 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
AzVision.az xəbər verir ki, bu haqda Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

“Terrorçuları aşkar edildikləri yerlərdə zərərsizləşdirməyə davam edirik. Suriyanın şimalında “Fərat Qalxanı” bölgəsinə hücum etməyə hazırlaşdıqları təyin olunan 7 PKK/YPG terrorçusu Qəhrəman Komandolarımız tərəfindən zərərsizləşdirilib”, - açıqlamda bildirilib.

Qeyd edək ki, bu gün Suriyanın şimalında zərərsizləşdirilən terrorçuların sayı 16-ya çatıb.

AzVision.az



Teqlər:





Xəbər lenti