Bunu Avropa Komissiyasının (AK) nümayəndəsi Anita Hipper təsdiqləyib. “Avropa Komissiyası bu sahədə Aİ ölkələrinin əlaqələndirilmiş fəaliyyətlərini təmin etməyə çalışır. Avqustun 30-31-də Praqada Aİ xarici işlər nazirlərinin “Qimniç” qeyri-rəsmi görüşü baş tutacaq və bu görüşdə söhbət həm də Aİ-yə səfər edən rusiyalılar üçün vizalarla bağlı olacaq”-deyə, o bildirib.
Onun sözlərinə görə, Avropa komissarı İlva Yohansson sentyabrın əvvəlində Finlandiya və Latviyaya bu ölkələrin üzləşdiyi çətinlikləri yerində qiymətləndirmək üçün səfər edəcək.
AzVision.az