Slovakiya MiQ-29-ları istismardan çıxarır

Slovakiya MiQ-29-ları istismardan çıxarır
  18 Avqust 2022    Oxunub:609
Səsdən sürətli MiQ-29 qırıcıları bu il avqustun sonunda Slovakiya Hərbi Hava Qüvvələrindən çıxarılacaq.
Bu barədə ölkənin müdafiə naziri Yaroslav Nadya istinadən Slovakiya radiosu məlumat yayıb.
Son 30 ildə Slovakiyanın hava məkanını qoruyan MiQ-29 təyyarələri SIAF 2022 beynəlxalq aviaşousunda sonuncu dəfə respublika ictimaiyyətinə təqdim olunacaq.

Sentyabrın 1-dən ən azı 2023-cü ilin sonuna qədər Çexiya və Polşanın hərbi hava qüvvələri Slovakiya səmasının mühafizəsi məsuliyyətini öz üzərinə götürəcək. Müvafiq razılaşma əvvəllər Bratislava, Praqa və Varşava arasında əldə olunub.

Slovakiyanın 14 ədəd ya F-16 və ya F-35 təyyarəsindən ibarət eskadrilya alacağı gözlənilir. Onlardan birincisi 2023-cü ilin sonuna qədər gələ bilər.


AzVision.az


Teqlər:





Xəbər lenti