Pakistanda daşqınlar 650 nəfərin həyatına son qoyub

   Pakistanda daşqınlar 650 nəfərin həyatına son qoyub
  18 Avqust 2022    Oxunub:983
Pakistanda iyunun ortalarından bəri yağan musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində ən azı 649 nəfər ölüb, 1000-dən çox yerli sakin xəsarət alıb.
Bu barədə Pakistanın Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli İdarəsinə istinadən Sinxua xəbər agentliyi məlumat yayıb.

Təbii fəlakət nəticəsində 72 mindən çox ev, 129 körpü və 43 mağaza dağılıb. Qeyd olunur ki, daşqınlar ən çox ölkənin şimal-qərbindəki Hayber-Paxtunxva əyaləti və cənubundakı Sind əyalətinə ziyan vurub.


AzVision.az



Teqlər:





Xəbər lenti