Azərbaycan snayperləri hədəflərə atəş açıb

   Azərbaycan snayperləri hədəflərə atəş açıb
  18 Avqust 2022    Oxunub:922
İran İslam Respublikasının Yəzd şəhərində keçirilən “Snayper həddi” müsabiqəsində komandalar növbəti atış çalışmalarını yerinə yetiriblər.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Çalışmanın şərtlərinə uyğun olaraq hərbi qulluqçular maneələr zolağını dəf edərək 300-600 metr məsafədə yerləşən hədəflərə snayper tüfənglərindən atəş açıblar.

Birinci mərhələnin şərtlərinə əsasən, iştirakçı ölkələrin snayperləri fərdi şəkildə mübarizə aparırlar. Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsi avqustun 27-dək davam edəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti