Son sutkada 545 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb

   Son sutkada 545 nəfər koronavirusa yoluxub,    7 nəfər ölüb
  18 Avqust 2022    Oxunub:835
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 545 yeni yoluxma faktı qeydə alınıb, 479 nəfər müalicə olunaraq sağalıb.
AzVision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, son sutkada COVID-19-dan 7 nəfər vəfat edib.

Ölkədə bu günədək ümumilikdə 807 017 nəfər koronavirusa yoluxub. Onlardan 793 747 nəfər müalicə olunaraq sağalıb, 9 784 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 3 486 nəfərdir.

Son gün ərzində 3 802, hazırkı dövrədək isə 7 110 178 test aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti