Üçtərəfli görüş başa çatdı - YENİLƏNİB

   Üçtərəfli görüş başa çatdı -  YENİLƏNİB
  18 Avqust 2022    Oxunub:680
Ukraynanın Lvov şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna lideri Vladimir Zelenski və BMT-nin Baş katibi Antonio Quterreş arasında keçirilən üçtərəfli görüş başa çatıb.
AzVision.az xəbər verir ki, görüş 40 dəqiqə davam edib.

Görüş zamanı Ukraynada müharibənin diplomatik yollarla dayandırılması, taxıl koridorunun fəaliyyəti və digər məsələlər müzakirə edilib.


***
18:18
Ukraynanın Lvov şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna lideri Volodimir Zelenski və BMT-nin Baş katibi Antonio Quterreş arasında üçtərəfli görüş başlayıb.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin "Anadolu" informasiya agentliyi məlumat yayıb.

Görüş Potoçki sarayında keçirilir. Bundan əvvəl Zelenski Ərdoğan və Quterreşlə ayrı-ayrılıqda görüş keçirib.

AzVision.az

Teqlər:







Xəbər lenti