Paşinyan Narine Avaqyanı vəzifədən uzaqlaşdırdı

Paşinyan Narine Avaqyanı vəzifədən uzaqlaşdırdı
  18 Avqust 2022    Oxunub:417
Ermənistanın baş naziri Nikol Paşinyan Daşınmaz Əmlakın Kadastrı Komitəsinin sədr müavini Narine Avaqyanı vəzifəsindən azad edib. AzVision.az xəbər verir ki, Ermənistanın baş naziri bununla bağlı müvafiq sərəncam imzalayıb.
Yerli media yazır ki, Avakyan bu vəzifəyə 2020-ci ilin iyulunda təyin edilib. O, parlamentdə 2020-ci ilin sentyabrında qəbul edilmiş “Əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında” qanuna dəyişikliklər layihəsinin hazırlanmasında iştirak edib.

Qanuna edilən dəyişikliklər əmlakın dövlət qeydiyyatına alınması və vətəndaşların məlumatlandırılması ilə bağlı məsələlərin konkretləşdirilməsinə, idarəetmənin sadələşdirilməsinə, bir sıra tariflərin aşağı salınmasına yönəlib.

AzVision.az

Teqlər:







Xəbər lenti