İrəvanda matəm günü atəşfəşanlıq edən əcnəbini cərimələdilər
Məlumatda qeyd edilir ki, avqustun 17- iaxşam saatlarında Ərəbkir inzibati rayonunda atəşfəşanlıq təşkil edilib. Polis Vratsakan küçəsindəki atəşfəşanlığın əcnəbi bir şəxs tərəfindən təşkil edildiyini müəyyən edib. Daha sonra həmin xarici vətəndaş hüquq-mühafizə orqanlarının əməkdaşlarına pirotexniki vasitələr üçün olan boş qutunu göstərib və ölkədə matəm elan olunmasından xəbərinin olmadığını deyib.
Qeyd edək ki, avqustun 14-ü günorta saatlarında İrəvanın “Surmalu” ticarət mərkəzində güclü partlayış və yanğın baş verib. Hadisə nəticəsində 16 nəfər ölüb, 62 nəfər yaralanıb, 2 nəfər isə itkin düşüb.
Ermənistanda 17-18 avqust tarixlərində iki günlük matəm elan edilib.
Tural Tağıyev
AzVision.az
Teqlər: