Batma təhlükəsi ilə üzləşən 9 nəfər xilas olunub

Batma təhlükəsi ilə üzləşən 9 nəfər xilas olunub
  17 Avqust 2022    Oxunub:761
Xəzər dənizində batma təhlükəsi ilə üzləşən 9 nəfər xilas olunub.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Belə ki, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Astara” və “Mərdəkan” sularda xilasetmə məntəqələrinin ərazisində, “Buzovna” və “Görədil” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 9 nəfər xilas olunub.
AzVision.az




Teqlər:





Xəbər lenti