BMT-nin Baş katibinin Ukraynada müzakirə edəcəyi məsələlər açıqlanıb

BMT-nin Baş katibinin Ukraynada müzakirə edəcəyi məsələlər açıqlanıb
  17 Avqust 2022    Oxunub:924
BMT-nin Baş katibi Antoniu Quterreş Ukraynaya səfəri çərçivəsində Rusiya və Ukrayna arasında gərginliyi mümkün qədər aşağı salmaq üçün müzakirələr aparacaq.
Bunu BMT Baş katibinin sözçüsü Farhan Haq mətbuat konfransında bildirib.

Sözçü bildirib ki, Antoniu Quterreşin sabah Lvov şəhərində Ukrayna Prezidenti Volodimir Zelenski və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla baş tutacaq ikitərəfli və üçtərəfli görüşlərində Ukrayna ilə bağlı narahatlıq doğuran bır sıra məsələlər diqqət mərkəzində olacaq:

“BMT Baş katibi səfər çərçivəsində Ukraynadan taxıl ixracına dair sazişin bir hissəsi olan gəmilərin hərəkəti, ərzaq və taxıl problemi də daxil olmaqla, Rusiyanın nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyasını (ZAES), Ukraynanın Donetsk vilayətinin işğal altındakı Olenivka qəsəbəsində ukraynalı əsirlərin saxlanıldığı həbsxana ilə bağlı məsələləri müzakirə edəcək”.


Teqlər:





Xəbər lenti