Dünyada meymunçiçəyinə yoluxanların sayı açıqlandı

Dünyada meymunçiçəyinə yoluxanların sayı açıqlandı
  17 Avqust 2022    Oxunub:664
Artıq 92 ölkədə 35 min meymunçiçəyinə yoluxma hadisəsi qeydə alınıb, 12 nəfər ölüb.
AzVision.az xəbər verir ki, bunu ÜST-ün rəhbəri Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında deyib.

"Hazırda 92 ölkədə 35 min meymunçiçəyinə yoluxma hadisəsi var. 12 nəfər ölüb. Ən çox yoluxma Avropada qeydə alınıb. Ən çox kişilərlə cinsi əlaqədə olan kişilər xəstəlikdən əziyyət çəkməkdə davam edir".

Qebreyesus iyulun 23-də meymunçiçəyinin yayılmasını səhiyyə sisteminin beynəlxalq narahatlıq doğuran fövqəladə vəziyyəti elan etdi. Lakin o, xəstəliyin riskin yüksək olduğu Avropa istisna olmaqla, dünyanın bütün bölgələri üçün orta dərəcədə risk yaratdığını bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti