Azərbaycanlı jurnalist “Laçın dəhlizi”ndən keçdi: “Ermənilərin qərargahına yollanıram!” - FOTOLAR
Baş redaktor onu da əlavə edib ki, Laçında ermənilərin qanunsuz yaşadığı Zabux kəndinə də gedəcək:
““Laçın dəhlizi”nə daxil oldum. Yolum Zabux kəndinədir!”, - deyə o, açıqlamasında bildirib.
Bir qədər sonra E.Fətullayev Zabuxda olduğunu qeyd edərək, kənddən şəkil paylaşıb:
"Zabux kəndi. Kənd hələ ki salamatdır. Amma kəndi silahlı daşnaklar və millətçilərlə doldurublar. Ermənilərin qərargahına yollanıram!!!", - deyə baş redaktor şəkilə yazdığı şərhdə bildirib.
Xatırladaq ki, Azərbaycan tərəfi ermənilər qarşısında qanunsuz yaşadıqları Laçın şəhəri, rayonun Zabux və Sus kəndlərini avqustun 25-dək tərk etmək tələbi qoyub.
AzVision.az
Teqlər: