Tokio Olimpiadasında 45 milyonluq rüşvət qalmaqalı

 Tokio Olimpiadasında  45 milyonluq rüşvət qalmaqalı
  17 Avqust 2022    Oxunub:842
Tokio Olimpiadası və Paralimpiya Oyunlarının təşkilat komitəsinin keçmiş rəhbəri Haruyuki Takahaşi külli miqdarda rüşvət almaqda şübhəli bilinərək həbs edilib.
Bu barədə NHK telekanalı məlumat yayıb. Bu il iyulun sonunda prokurorluğun nümayəndələri Takahaşinin evində axtarış aparıblar. Daha çox axtarışlar Tokio Olimpiadasına sponsorların seçilməsi prosesində iştirak edən “Dentsu” şirkətinin baş ofisində təşkil edilib, Takahaşi isə müəssisənin rəhbərliyində olub.

Haruyuki o vaxt təxminən 400 min ABŞ dolları olan 45 milyon yen rüşvət almaqda şübhəli bilinir.

Müstəntiqlərin fikrincə, Xakahaşinin rəhbərlik etdiyi təşkilat Olimpiadanın sponsorlarından böyük məbləğdə vəsait alıb. Bu, kişi və ofis geyimləri şirkəti ilə məsləhətləşmələr üçün nəzərdə tutulan müqavilədir.

Takahaşi korrupsiya əməllərində təqsirli olduğunu inkar edir, istintaq hərəkətləri davam edir.


AzVision.az



Teqlər:





Xəbər lenti