Ermənilər "Surmalu" faciəsində İran amilini üzə çıxardılar

   Ermənilər "Surmalu" faciəsində    İran amilini üzə çıxardılar
  17 Avqust 2022    Oxunub:1277
Bir neçə gün öncə xeyli sayda insanın ölümünə səbəb olmuş "Surmalu faciəsi" ilə bağlı maraqlı və diqqət çəkən informasiyalar yayılıb. AzVision.az xəbər verir ki, daha çox faşist hərəkatı kimi tanınan “Adekvad”ın təsisçisi Artur Danielyan ticarət mərkəzini külə döndərən partlayıcı maddələrin saxlandığı obyektin sıradan bir dükan olmadığını iddia edib.
"Surmalu faciəsi"ndə yeni detal: Mağazada 4 ton partlayıcı maddə saxlanılıb
O yerli mediaya verdiyi açıqlamada deyib ki, "Surmalu" ticarət mərkəzinin kül olmasına səbəb olan və müəmmalı şəkildə partlayan məlum obyekt “Aparaj” MMC-yə məxsus çoxsaylı anbarlardan biri olub. "Aparaj" isə Şimal-Cənub yolunun Syunyats hissəsini reallaşdıran yeganə şirkətdir. Ermənistanı İranla birləşdirən bu yol çoxlu tunellərdən, məhz "Aparaj"ın partlatmalı olduğu tunellərdən ibarətdir...

- Sadəcə olaraq Ermənistanda bu işi görə bilən bundan başqa bir şirkət yoxdur. Hətta heç Gürcüstanda, nə də ki, İranda belə qurum yoxdur. Qəribə bir təsadüf nəticəsində partlayış İranın nüvə sazişinə dair Avropa ilə razılaşdığı məlum olan vaxtı baş verdi, - siyasətçi "Surmalu" hadisəsini böyük oyunların bir hissəsi kimi qiymətləndirib.

Qeyd edək ki, dünən Ermənistanın fövqəladə hallar naziri Armen Pambuxçyan açıqlama verərək deyib ki, Surmalu ticarət mərkəzində dörd tona qədər partlayıcı maddə saxlanılırmış.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Partlayış  





Xəbər lenti