Ermənistanda hava limanı və vağzala bomba qoyulması xəbəri yayılıb

   Ermənistanda hava limanı və vağzala bomba qoyulması xəbəri yayılıb
  17 Avqust 2022    Oxunub:821
Ermənistan Fövqəladə Hallar Nazirliyinə Şirak hava limanında və Gümrü dəmir yolu vağzalında bomba olması barədə məlumat daxil olub.
FHN-in mətbuat katibi Hayk Kostanyan “News.am”a bildirib ki, sərnişinlər, işçilər hava limanından və dəmiryol vağzalından təxliyə edilib, istehkamçılar və kinoloqlar ərazidə işləyir.

Qeyd olunur ki, bu gün və sabah Şirak hava limanında uçuş və eniş nəzərdə tutulmayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti