20 milyon insan ifrat yoxsulluqla üzləşə bilər

   20 milyon insan ifrat yoxsulluqla üzləşə bilər
  16 Avqust 2022    Oxunub:818
Ukraynadakı münaqişə 20 milyon insanı ifrat yoxsulluğa sürükləyə bilər.
BMT-nin “2022-ci il üçün Dayanıqlı İnkişaf Məqsədləri haqqında” hesabatında qeyd olunub. Hesabata görə, dünyada gündə 1,90 dollardan az pulla yaşayan yoxsulların sayı 2022-ci ildə 656,7 milyon nəfər təşkil edəcək. Eyni zamanda, ərzaq qiymətlərinin artması və Rusiyanın Ukraynadakı hərbi əməliyyatının daha ​​geniş nəticələri səbəbindən bu rəqəm 676,5 milyon nəfərə qədər arta bilər.

BMT-nin baş katibi Antonio Quterreş qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsi təkcə ərzaq, yanacaq və gübrələrin qiymətlərinin sürətlə artmasına səbəb olmayıb, həm də təchizat zəncirlərini və dünya ticarətini pozub və maliyyə bazarlarında problemlər yaradıb.

AzVision.az



Teqlər:





Xəbər lenti