Taxıl daşıyan beş gəmi Ukrayna limanlarını tərk etdi

   Taxıl daşıyan beş gəmi Ukrayna limanlarını tərk etdi
  16 Avqust 2022    Oxunub:1125
Avqustun 16-da buğda və qarğıdalı daşıyan beş gəmi Ukrayna limanlarını tərk edib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “Twitter” səhifəsində məlumat yayıb. Qeyd olunur ki, Çernomorsk limanından üç, Yujnı limanından iki gəmi çıxıb. İstanbul Birgə Koordinasiya Mərkəzinin nümayəndələri avqustun 16-da Ukrayna limanlarına gedəcək dörd yük gəmisinə baxış keçirəcəklər.

İyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və Birləşmiş Millətlər Təşkilatının nümayəndələri Ukraynadan Qara dəniz vasitəsilə kənd təsərrüfatı məhsullarının ixracı üçün taxıl dəhlizinin yaradılması haqqında saziş imzalayıblar.

AzVision.az



Teqlər:





Xəbər lenti