Bolqarıstanda rekord inflyasiya

   Bolqarıstanda rekord inflyasiya
  16 Avqust 2022    Oxunub:1049
Bolqarıstanın Milli Statistika İnstitutu ölkədə rekord inflyasiyanın qeydə alındığını açıqlayıb.
Belə ki, iyulda Bolqarıstanda inflasiya illik 17,3 %-ə çatıb. Ölkədə ötən ayla müqayisədə iyulda əyləncə və mədəniyyət xidmətləri 7,4 %, mənzil, su, işıq, təbii qaz isə 5,2 % bahalaşıb. Şokolad məhsulları və sitrus meyvələri 4,1 faiz, kəsmik 3,1 faiz, pendir 2,9 faiz bahalaşıb.

Avqustun 12-də “Bulgargaz” şirkəti ölkədə təbii qazın qiymətini daha 6% artıraraq meqavat/saat üçün 315,61 levaya (təxminən 157,8 avro) çatdırmağı təklif edib. Göstərilən qiymətə əlavə ödənişlər nəzərə alınmır.

AzVision.az



Teqlər:





Xəbər lenti