"Rusiyanın Cənubi Qafqazdakı mövcudluğunu yüksək qiymətləndiririk" - Papikyan

   "Rusiyanın Cənubi Qafqazdakı mövcudluğunu yüksək qiymətləndiririk" -    Papikyan
  16 Avqust 2022    Oxunub:946
Ermənistan və Rusiyanın müdafiə nazirləri beynəlxalq təhlükəsizlik üzrə X Moskva konfransı çərçivəsində danışıqlar aparıblar. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilir ki, tərəflərin müzakirə edəcəyi bir sıra məsələlər var ki, bunlar da hərbi-texniki və ümumilikdə hərbi əməkdaşlığıa dair ənənəvi məsələlərdir.

Bura Dağlıq Qarabağda tapşırıqları yerinə yetirən sülhməramlı kontingentin fəaliyyəti ilə bağlı məsələlərdə daxildir.

Şoyqu erməni həmkarına Beynəlxalq Ordu Oyunlarının və Ordu-2022 Beynəlxalq Hərbi-Texniki Forumunun açılışında, eləcə də Beynəlxalq Təhlükəsizlik üzrə Moskva Konfransındakı işdə iştirakına görə təşəkkür edib.

Öz növbəsində, Papikyan qeyd edib ki, artıq ilin əvvəlindən bəri ikinci dəfədir ki, görüşürlər və bu, ikitərəfli Ermənistan-Rusiya müttəfiq əməkdaşlığının yüksək səviyyədə olduğunu göstərir.

- Bu görüş bizim üçün çox vacibdir. Biz Ermənistan-Rusiya əməkdaşlığının səviyyəsini, eləcə də Rusiyanın Cənubi Qafqazdakı mövcudluğunun rolunu yüksək qiymətləndiririk, - Erməni nazir deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ermənistan  





Xəbər lenti