Kəmaləddin Heydərov qəbul keçirəcək

Kəmaləddin Heydərov qəbul keçirəcək
  16 Avqust 2022    Oxunub:1022
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən avqustun 19-da Qəbələ şəhərində, Nazirliyin Şimal-qərb Regional Mərkəzinin binasında saat 11:00-dan Qəbələ və Oğuz rayonları sakinlərinin qəbulu keçiriləcək.
AzVision.az xəbər verir ki, qəbula gələn vətəndaşların qeydiyyatı avqustun 18-i Nazirliyin Şimal-qərb Regional Mərkəzinin binasında saat 09:00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə: +994 (12) 512-01-14, imeyl: [email protected].

AzVision.az


Teqlər:





Xəbər lenti