Putin: "Qərbə hegemonluğu saxlamaq üçün qarşıdurmalar lazımdır"

   Putin:    "Qərbə hegemonluğu saxlamaq üçün qarşıdurmalar lazımdır"
  16 Avqust 2022    Oxunub:1145
Rusiya prezidenti Vladimir Putin ilk dəfə olaraq Tayvanda baş verən “Pelosi qalmaqalını" ətraflı şəkildə dəyərləndirib. AzVision.az xəbər verir ki, o, Qərbin hegemonluğu saxlamaq üçün münaqişələrə ehtiyacı olduğunu deyib.
- Bu, sadəcə olaraq, məsuliyyətsiz siyasətçinin fərdi səfəri deyildi. Bu, ABŞ-ın regionda və dünyada vəziyyəti qeyri-sabit etmək və xaotikləşdirmək üçün məqsədyönlü, şüurlu strategiyasının bir hissəsidir, - Putin Beynəlxalq Təhlükəsizlik üzrə X Moskva Konfransının iştirakçılarına videomüraciəti zamanı deyib.

Rusiya liderinin sözlərinə görə, Birləşmiş Ştatlar həyasızcasına digər ölkələrin suverenliyinə və beynəlxalq öhdəliklərinə hörmətsizlik nümayiş etdirdi. Rusiya Federasiyası prezidentinin fikrincə, ciddi şəkildə planlaşdırılmış bu təxribatın köməyi ilə Qərb elitaları diqqəti insanların həyat səviyyəsinin aşağı düşməsindən, işsizlikdən və yoxsulluqdan yayındırırlar.

Rusiya rəhbəri onu da vurğulayıb ki, onlara öz hegemonluqlarını saxlamaq üçün qarşıdurmalar lazımdır. Məhz ona görə də Ukrayna xalqından yem hazırladılar, "anti-Rusiya" layihəsini həyata keçirdilər, neonasist ideologiyasının yayılmasına, Donbas sakinlərinə qarşı kütləvi qırğınlara göz yumdular. O cümlədən Kiyevi ağır silahlarla gücləndirdilər və gücləndirməyə davam edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Putin   Qərb  





Xəbər lenti