Sarıbaba yüksəkliyində ermənilərin basdırdığı mina sahəsi aşkarlanıb - FOTOLAR

   Sarıbaba yüksəkliyində ermənilərin basdırdığı mina sahəsi aşkarlanıb -    FOTOLAR
  16 Avqust 2022    Oxunub:1059
Laçın rayonunun şərq hissəsində, Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının bölmələri tərəfindən ərazinin kəşfi aparılıb. Aşkar edilmiş minalar xüsusi hazırlıq keçmiş istehkam qrupu tərəfindən zərərsizləşdirilib.

Avqustun 15-də, bir gün ərzində, minalanmış sahədən ümumilikdə 991 ədəd PMN-E növlü piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla utilizasiya edilib.

Qeyd edək ki, bu istiqamətdə aşkar edilən minaların hamısı Vətən müharibəsindən sonra - 2021-ci ildə Ermənistanda istehsal olunub.











AzVision.az


Teqlər:





Xəbər lenti