Şoyqu: "Qərbin Kiyevə verdiyi "super silah"lar haqqında mifi dağıtdıq"

      Şoyqu:    "Qərbin Kiyevə verdiyi "super silah"lar haqqında mifi dağıtdıq"
  16 Avqust 2022    Oxunub:946
Rusiya Silahlı Qüvvələrinin xüsusi hərbi əməliyyatı Qərbin Ukraynaya tədarük etdiyi və guya cəbhədə vəziyyəti dəyişməyə qadir olan “super silah” mifini dağıtdı. AzVision.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
"Əvvəlcə söhbət "Javelin" tank əleyhinə sistemlərin, bəzi "unikal" pilotsuz uçan aparatların tədarükündən gedirdi. Son zamanlar "HIMARS" çoxsaylı raket buraxılış sistemləri və uzaqmənzilli haubitsalar qərblilər tərəfindən super silah roluna yüksəldilib. Lakin bu silahlar döyüşlərdə özünü göstərmədi”, - Şoyqu qeyd edib.

Onun sözlərinə görə, bu silahlar vəziyyətə ciddi təsir göstərməyib. NATO isə maskalarını atıb, blokun aqressiv mahiyyəti gizlədilməkdən çıxıb və qlobal dominantlıq iddiası möhkəmlənib.

Şoyqu qeyd edib ki, Afrika, Yaxın Şərq və Asiya-Sakit okean regionu Alyansın maraq dairəsinə daxil edilib.
Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ukrayna  





Xəbər lenti