İrəvan metrosu terror xəbərdarlığına görə fəaliyyətini dayandırdı

   İrəvan metrosu    terror xəbərdarlığına görə    fəaliyyətini dayandırdı
  16 Avqust 2022    Oxunub:1066
Ermənistanda növbəti dəfə terror həyəcanı yaşanıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
İrəvan metrosunda terror həyəcanı
Qeyd edilir ki, İrəvan metrosu paytaxt sakinlərinə müraciət ünvanlayaraq stansiyaların müvəqqəti bağlı qalacağını bəyan edib.

Xəbərdarlıqda bildirilir ki, avqustun 16-sı saat 10:05-də Böhran Vəziyyətlərində İdarəetmə Milli Mərkəzinə İrəvan metro stansiyalarına partlayıcı qurğuların qoyulması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Xilasetmə Əməliyyatları Mərkəzinin kinoloji dəstəsi və Mülki Müdafiə Qoşunlarının mühəndis-xilasetmə dəstəsi stansiyalara cəlb edilib.
Hazırda metroda sərnişindaşıma müvəqqəti olaraq dayandırılıb.

Xatırladaq ki, avqustun 2-də də İrəvanda metronun minalanması xəbəri yayılmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İrəvan   Metro  





Xəbər lenti