"Hər gün milli faciə ilə üzləşən xalqa atəşfəşanlıq lazımdırmı?" - Zakaryan

   "Hər gün milli faciə ilə üzləşən xalqa atəşfəşanlıq lazımdırmı?" -    Zakaryan
  16 Avqust 2022    Oxunub:708
Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan ölkəsində baş verən faciə ilə bağlı öz millətini qınayıb. AzVision.az xəbər verir ki, yerli mediaya açıqlama verən Zakaryan partlayışa səbəb olan belə böyük pirotexnik mağazaya, külli miqdarda pirotexnik vasitələrin satışına ehtiyacın olmadığını deyib.
“Ermənistan bu gedişlə Suriyaya çevriləcək” - Artak Zakaryan
- Dörd ilə yaxındır ki, ağır insan, ərazi, maddi və mənəvi itkilər dövründə yaşayırıq. Hərbi-siyasi, terror, təbii və texnogen fəlakətlər ictimai həyatımız üçün birbaşa təhlükəyə çevrilib.

Biz səbirlə silahlanmalı, yüksək təşkilatçılıq və məsuliyyət nümayiş etdirməli, ətrafımızda baş verən bütün hadisələri şüurlu davranışla dərk edib dəyərləndirməliyik. Ciddi nəticələrə səbəb ola biləcək fəaliyyətlərdən isə çəkinin... Qarşılıqlı hörmət, sevgi, həmrəylik, birlik və bir-birimizə qayğı sayəsində istənilən çətinliyin öhdəsindən gələ bilərik.

Partlayış və yanğın nəticəsində zərər çəkmiş soydaşlarımızın ailələrinə başsağlığı verirəm. Bütün zərər çəkmiş həmvətənlərimizə tezliklə sağalmalarını arzulayıram. Amma müharibədə 5000-dən çox insanını itirmiş, geniş əraziləri əldən vermiş Ermənistanın bazarında bu qədər pirotexniki vasitələr olmamalı idi. Hər gün milli faciə yaşayan xalqa atəşfəşanlığa ehtiyac var?, - Zakaryan gileylənib.

O, ölkə gündəminə çevrilmiş digər hadisələrə də ürək ağrısı ilə reaksiya verib.

- Ölənlərin və itkin düşənlərin cəsədlərinin kül və dağıntılar altında axtarılması ilə paralel olaraq, bir rus qızı İrəvandakı "Yeraz" parkında təşkil olunan konsertdə haqlı olaraq iştirakçıları şərəfsiz çıxardı. Və hadisədən cəmi bir neçə saat əvvəl bir erməni Zabuxda öz evini yandırdı. Çünki satqın oranı düşmənə təhvil vermək qərarına gəlib. Bu adamları dayandırın! Allahı unutmayın, - Zakaryan Ermənistandakı xaosdan danışıb.

Xatırladaq ki, avqustun 14-ü günorta saatlarında İrəvanın “Surmalu” ticarət mərkəzində xeyli sayda insanın ölməsi ilə nəticələnən güclü partlayış və yanğın baş verib. Partlayışın pirotexnik vasitələrin satıldığı mağazada yarandığı deyilir.

AzVision.az



Teqlər:   İrəvan   Partlayış  





Xəbər lenti