Erməni xilasedicilərin fotosu hiddətə səbəb oldu

   Erməni xilasedicilərin fotosu hiddətə səbəb oldu
  16 Avqust 2022    Oxunub:969
Xəbər veridiyimiz kimi avqustun 14-də Ermənistanın paytaxtı İrəvandakı "Surmalu" ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb. Ölənlərdən 9-nun şəxsiyyəti hələ müəyyən edilməyib. Onlardan biri uşaqdır.
İrəvanda dağıntılar altından hamilə qadının meyiti çıxarılıb
Hadisə nəticəsində 62 nəfərin yaralandığı deyilir. Dağıntılar altında hələ də insanların qaldığı bildirilir.

Erməni cəmiyyəti, mediası isə aidiyyəti qurumların səbatsızlığını, partlayış və dağıntıların yaratdığı fəsadların aradan qaldırılmasında ləng davranışları qınayırlar. Məsələn, bu gün tanınmış vəkil Yervand Varosyan yerli mediaya verdiyi açıqlamada deyib ki, ona ən çox təsir edən məsələ dağıntılar altında meyitlər axtaran xilasedicilərlə bağlı bir foto olub. Fotoda məsul şəxslərin sanki bulvarda gəzirmiş kimi mazlanmış təmiş ayaqqıblarla, qara eynəklə əli belində əraziyə tamaşa etməsi əks olunub.

- Bəli, onlara indi fasilə lazım deyil... Amma növbəti fotonu çəkməzdən əvvəl ayaqqabılarınızı təmizləməyə ehtiyac yoxdur. Eynəyinizi çıxarıb yüngül işlərlə də məşğul ola bilərdiniz. Sonra da paltarlarınızı təmizləyərdiniz, - vəkil FHN işçilərini qeyri-peşəkarlıqda qınayıb.

Xatırladaq ki, avqustun 14-ü günorta saatlarında İrəvanın “Surmalu” ticarət mərkəzində güclü partlayış və yanğın baş verib. Partlayışın pirotexnik vasitələrin satıldığı mağazada yarandığı deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Xilasedici   İrəvan  





Xəbər lenti