"ABŞ-ın hərəkətləri nüvə güclərinin toqquşmasına səbəb ola bilər" - Rusiya səfirliyi

   "ABŞ-ın hərəkətləri nüvə güclərinin toqquşmasına səbəb ola bilər" -    Rusiya səfirliyi
  16 Avqust 2022    Oxunub:1027
ABŞ-ın Ukraynadakı vəziyyət kontekstində Rusiya ilə hibrid qarşıdurmaya gətirən addımları gərginliyə və nüvə gücləri arasında birbaşa hərbi toqquşmaya səbəb ola bilər. AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfirliyindən bildirilib.
Diplomatik missiyanın yaydığı məlumatda qeyd edilib ki, onlar ABŞ administrasiyasının Rusiyanın hərəkətlərinin guya məsul nüvə dövləti statusuna uyğun gəlmədiyi barədə ritorikasına diqqət çəkiblər.
Diplomatik nümayəndəlik cavab olaraq qeyd edir ki, Xirosima və Naqasakinin mülki əhalisini atom bombasına məruz qoyan ölkədən Rusiya Federasiyasının nüvə sahəsində məsuliyyətsizliklə bağlı ittihamlarını eşitmək dəhşətlidir.

Rusiya diplomatik missiyası Vaşinqtona dünya nizamı ilə bağlı fikirlərinin ABŞ-ın fikirləri ilə üst-üstə düşməyən ölkələrə qarşı əsassız ittihamlar irəli sürməkdənsə, özünün nüvə siyasətinə diqqətlə baxmağı tövsiyə edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ   Rusiya  





Xəbər lenti