Son sutkada 110 nəfər COVID-19-a yoluxub, 4 nəfər ölüb

   Son sutkada 110 nəfər COVID-19-a yoluxub,    4 nəfər ölüb
  15 Avqust 2022    Oxunub:964
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 110 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 805 213 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 792 230 nəfər müalicə olunaraq sağalıb, 9 777 nəfər vəfat edib, aktiv xəstə sayı 3 206 nəfərdir.

Ölkədə son sutka ərzində 2 002 , hazırkı dövrədək isə 7 097 152 test aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti