Keniyanın yeni prezidenti seçildi

Keniyanın yeni prezidenti seçildi
  15 Avqust 2022    Oxunub:862
Keniyanın Müstəqil Seçki Komissiyası vitse-prezident Uilyam Rutonun prezident seçkilərində qalib gəldiyini açıqlayıb.
Siyasətçi 50,49% səs toplayıb və birinci turda qalib gəlib. Onun əsas rəqibi, keçmiş baş nazir Raila Odinqa 48,85% səs qazanıb.

“Mən demokratik və şəffaf hökumət yaratmağa söz verirəm və müxalifətlə, digər siyasi partiyaların liderləri ilə işləmək niyyətindəyəm. Bizə keçmişə boylanmaq lazım deyil, biz ölkənin gələcəyinə baxırıq. Bunun üçün hər kəsin səyi lazımdır”, - deyə Ruto bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti