Ukrayna müdafiə xərclərini 7,3 milyard dollar artırdı

   Ukrayna müdafiə xərclərini 7,3 milyard dollar artırdı
  15 Avqust 2022    Oxunub:670
Ukrayna Ali Radası ölkənin hərbi xərclərinin 7,3 milyard dollar artırılmasına səs verib.
Bu barədə ukraynalı deputat Yaroslav Jeleznyak Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, Ali Rada 270 milyard qrivna (7,32 milyard dollar - Red) məbləğində əlavə büdcə xərclərinin ayrılmasına dair 7644 saylı qanun layihəsini təsdiqləyib: “Bunun daxili borclanmanın artırılması hesabına həyata keçirilməsi planlaşdırılır”.

Deputat qeyd edir ki, Ukrayna parlamentinin 287 deputatı tələb olunan minimum 226 səslə qanun layihəsinin lehinə səs verib: “Bu il Ukrayna büdcəsinin təhlükəsizlik və müdafiəyə ümumi xərcləri indi təxminən 1,2 trilyon qrivna (32,55 milyard dollar) təşkil edir”.


AzVision.az



Teqlər:





Xəbər lenti