Finlandiya Rusiya ilə sərhədi möhkəmləndirir

   Finlandiya Rusiya ilə sərhədi möhkəmləndirir
  15 Avqust 2022    Oxunub:1218
Finlandiya Rusiya ilə sərhədin möhkəmləndirilməsinə sərmayə qoymağa davam etmək niyyətindədir.
Bu barədə Finlandiyanın baş naziri Sanna Marin Osloda Şimali Avropa ölkələrinin baş nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

“Biz əmin olmalıyıq ki, Finlandiyanın gələcəkdə kifayət qədər hərbi potensialı olacaq və biz onu gücləndirməyə çalışırıq. Biz yeni döyüşçülərə çox böyük məbləğdə sərmayə qoymuşuq və gələcəkdə daha çox sərmayə qoymağa hazırıq. Madam ki, ölkənin aqressiv qonşusu var, biz sadəlövh ola bilmərik. Gələcəkdə mümkün təhlükələrə hazır olmalıyıq”-deyə, o bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti