Livan İsraildən BMT TŞ-na şikayət edəcək

   Livan İsraildən BMT TŞ-na şikayət edəcək
  15 Avqust 2022    Oxunub:1173
Beyrut Suriyaya zərbələr endirmək üçün Livanın hava məkanından istifadə etdiyinə görə İsrailə qarşı BMT Təhlükəsizlik Şurasına şikayət edəcək.
Bu barədə Livan Xarici İşlər Nazirliyinin bəyanatına istinadən “El Watania” agentliyi məlumat yayıb:

“Xarici İşlər və Miqrasiya Nazirliyi İsrailin Suriyaya son hücumunu və Livanın hava məkanından Suriya ərazisini bombalamaq üçün istifadə etməsini qətiyyətlə pisləyir. Liviya BMT Təhlükəsizlik Şurasına şikayət edərək, İsrailin davam edən pozuntularına son qoymaq üçün ciddi tədbirlər görməsini xahiş edəcək” - deyə, məlumatda vurğulanıb.


AzVision.az


Teqlər:





Xəbər lenti