“Tank biatlonu” müsabiqəsinin açılışı keçirilib

“Tank biatlonu” müsabiqəsinin açılışı keçirilib
  15 Avqust 2022    Oxunub:920
Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda "Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsinin açılış mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Açılış mərasimindən sonra komandamızın ikinci heyəti birinci divizionda Monqolustan komandası ilə mübarizə aparıb. “Fərdi sürmə” mərhələsində güclərini sınayan tankçılarımız müsabiqənin növbəti mərhələsində də uğurla çıxış ediblər.

AzVision.az



Teqlər:





Xəbər lenti