İrəvandakı partlayışda ölənlərin sayı artıb

   İrəvandakı partlayışda ölənlərin sayı artıb
  15 Avqust 2022    Oxunub:1008
İrəvanın “Surmalu” ticarət mərkəzində baş verən partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan məlumat verib. Ölkənin fövqəladə hallar naziri Armen Pambuxçyan isə jurnalistlərə bildirib ki, hazırda barələrində məlumat olan 18 nəfərin axtarışları davam etdirilir:

"Onların ticarət mərkəzinə gələnlər və ya oranın işçiləri olduğu məlumdur. Hazırda 23 vətəndaş müxtəlif tibb məntəqələrində müalicə alır".

AzVision.az



Teqlər:





Xəbər lenti