Azərbaycan XİN Misirə başsağlığı verdi

Azərbaycan XİN Misirə başsağlığı verdi
  15 Avqust 2022    Oxunub:1157
Azərbaycan Xarici İşlər Nazirliyi Misir hökumətinə başsağlığı verib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə paylaşım edib.

“Misirdə Qahirədə Əbu-Sefein Kopt Kilsəsində baş verən yanğın nəticəsində çox sayda insanın həlak olması ilə bağlı dərin hüznlə başsağlığı veririk. Yaralılara tezliklə şəfa diləyirik”, - paylaşımda qeyd olunub.

Xatırladaq ki, Misirdə kilsədə baş verən yanğın nəticəsində azı 41 nəfər ölüb.

AzVision.az


Teqlər:





Xəbər lenti