"Cəzalandırılacaqlar..." - FHN generalından videosu yayılan əməkdaşlar haqda

   "Cəzalandırılacaqlar..." -    FHN generalından videosu yayılan əməkdaşlar haqda
  15 Avqust 2022    Oxunub:3355
Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərinin xidməti otaqlarında biabırçı görüntüləri yayılıb.
Bununla bağlı Manset.az-a açıqlama verən verən Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev məsələyə münasibət bildirib:

"Məlum videodan xəbərimiz var. Hazırda mən məzuniyyətdəyəm. Yəgin ki, cəzalandırılacaqlar".

Qeyd edək ki, görüntülərdə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Zaur Mirzəyevin olduğu iddia olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti