İrəvanda dağıntılar altında Rusiya və İran vətəndaşları da qalıb

   İrəvanda dağıntılar altında    Rusiya və İran vətəndaşları da qalıb
  15 Avqust 2022    Oxunub:474
Xəbər verdiyimiz kimi dünən İrəvanın “Surmalu” ticarət mərkəzində 7 nəfərin ölümü və xeyli sayda insanın yaralanması ilə nəticələnən partlayış baş verib. Partlayışdan sonra ərazidə bir neçə saat davam edən yanğınlar yaranıb.
İrəvandakı partlayışda ölənlərin sayı 7-yə çatdı
Son məlumatlara görə, 17 nəfər itkin sayılır. Onlardan biri İran, digəri isə Rusiya vətəndaşıdır. Daxili İşlər Nazirliyinin rəsmisi Ayk Kostanyan jurnalistlərə verdiyi açıqlamada faktı təsdiqləyib.

Bildirlir ki, Rusiya Federasiyasının vətəndaşı olan Lyuba Qlebova, 1959-cu il təvəllüdlüdür.

Xatırladaq ki, dünən İrəvanın “Surmalu” topdansatış ticarət mərkəzində güclü partlayış baş verib. Nəticədə ölənlərin sayı 7 nəfərə çatıb. Rəsmi məlumatlara görə hadisə nəticəsində 60-dan çox adam xəsarət alıb. Dağıntılar altında hələ də xeyli insanın qaldığı bildirilir. Təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə xilasetmə əməliyyatlarını davam etdirirlər.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Ermənistan  







Xəbər lenti