29 partiya təkliflərini parlamentə təqdim etdi

   29 partiya təkliflərini parlamentə təqdim etdi
  15 Avqust 2022    Oxunub:1038
Azərbaycanda fəaliyyət göstərən 29 siyasi partiya "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinə dair təkliflərini Milli Məclisə təqdim edib.
Bu barədə AzVision.az - a Milli Məclisin Mətbuat vəictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qanunverici orqandan xatırladılıb ki, Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət ediblər. Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına və dövrün tələblərinə cavab verən yeni qanunun hazırlanmasının vacibliyi öz əksini tapıb.

Hazırda Milli Məclisin sədri Sahibə Qafarovanın müvafiq tapşırığına əsasən, böyük ictimai əhəmiyyət kəsb edən bu yeni qanun layihəsinin hazırlanması üzərində iş davam edir. Artıq Azərbaycanda dövlət qeydiyyatına alınmış aşağıda adları göstərilən siyasi partiyalar yeni qanun layihəsinə dair təkliflərini Milli Məclisə təqdim ediblər:

1. Vətəndaş Həmrəyliyi Partiyası

2. Ana Vətən Partiyası

3. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası

4. Böyük Quruluş Partiyası

5. Vəhdət Partiyası

6. Azərbaycan Demokratik Maarifçilik Partiyası

7. Demokratik İslahatlar Partiyası

8. Vətəndaş Birliyi Partiyası

9. Milli Cəbhə Partiyası

10. REAL Partiyası

11. Azərbaycan Demokrat Partiyası

12. Böyük Azərbaycan Partiyası

13. Azərbaycan Milli İstiqlal Partiyası

14. Ədalət Partiyası

15. Azərbaycan Liberal Demokrat Partiyası

16. Milli Vəhdət Partiyası

17. Aydınlar Partiyası

18. Azərbaycan Naminə Alyans Partiyası

19. Azərbaycan Sosial Demokrat Partiyası

20. Azərbaycan Sosial Rifah Partiyası

21. Cümhuriyyət Xalq Partiyası

22. Müstəqil Xalq Partiyası

23. Milli Həmrəylik Partiyası

24. Azərbaycan Respublikaçılar Partiyası

25. Azərbaycan Təkamül Partiyası

26. Milli Demokrat İdrak Partiyası

27. Gələcək Azərbaycan Partiyası

28. Haqq Ədalət Partiyası

29. Azərbaycan Yüksəliş Partiyası

AzVision.az


Teqlər:





Xəbər lenti