İrəvanda xilasedicilərlə vətəndaşlar arasında dava düşüb - VİDEO

   İrəvanda xilasedicilərlə vətəndaşlar arasında dava düşüb -    VİDEO
  15 Avqust 2022    Oxunub:1714
Xəbər verdiyimiz kimi İrəvanın “Surmalu” ticarət mərkəzində xeyli sayda insanın ölümü və yaralanması ilə nəticələnən partlayış baş verib. Dünəndən davam edən axtarış-xilasetmə tədbirlərinə könüllülər də qoşulub.
"Dağıntıları təmizləməyə texnika tapmırıq" - Narazı erməni
Dağıntılar altında hələ də insanların qaldığı deyilir.

Bu gün isə ərazidə Fövqalədə Hallar Nazirliyinin(FHN) əməkdaşlarına kömək edən vətəndaşlarla polislər və xilasedicilər arasında dava düşüb. Yerli media yaxınları dağıntılar altında qalan vətəndaşların aidiyyəti qurumların bacarıqsız şəkildə işləməsindən narazı olduğunu yazıb. Dava da məhz işlərin ləng şəkildə aparılması, zibillərin daşınmamasına görə baş verib.

"Bir müddət əvvəl Surmalu" ticarət mərkəzinin yaxınlığında insident yaşanıb. Vətəndaşlar ərazidə texnikanın azlığından şikayətçidirlər. Onlar qeyd edirlər ki, yalnız bir “ZİL" markalı yük maşını bu işi görür, indi ərazidə xeyli sayda maşın olmalı idi ki, işlər surətlənsin", - məqalədə yazılıb.


Xatırladaq ki, dünən İrəvanın “Surmalu” topdansatış ticarət mərkəzində güclü partlayış baş verib. Nəticədə ölənlərin sayı 6 nəfərə çatıb. Rəsmi məlumatlara görə hadisə nəticəsində 60-dan çox adam xəsarət alıb, 18 nəfər isə itkin sayılır. Dağıntılar altında hələ də xeyli insanın qaldığı bildirilir. Təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə xilasetmə əməliyyatlarını davam etdirirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Dağıntı   Dava  





Xəbər lenti