İrəvanda ticarət mərkəzində partlayış: 6 nəfər ölüb, 18 nəfər itkin düşüb

   İrəvanda ticarət mərkəzində partlayış:    6 nəfər ölüb, 18 nəfər itkin düşüb
  15 Avqust 2022    Oxunub:494
Ermənistanın paytaxtı İrəvanda “Surmalu” topdansatış ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
AzVision.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilir ki, hadisə nəticəsində 61 nəfər xəsarət alıb. Partlayış zamanı bazarda olan 18 nəfər itkin düşüb.

Qeyd edək ki, partlayış ötən gün yerli vaxtla saat 13:23-də qeydə alınıb. Partlayışdan sonra ticarət mərkəzində yanğın olub. Dağıntılar altında hələ də xeyli insanın qaldığı bildirilir. Təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə xilasetmə əməliyyatlarını davam etdirirlər.


AzVision.az

Teqlər:







Xəbər lenti