İrəvanda güclü partlayış : 3 ölü, 61 yaralı

İrəvanda güclü partlayış :  3 ölü, 61 yaralı
  14 Avqust 2022    Oxunub:2298
İrəvanın “Surmalu” ticarət mərkəzində baş verən partlayış nəticəsində dağıntılar altında qalan daha bir nəfərin meyiti çıxarılıb.
AzVision.azxəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan məlumat yayıb.

Tapılan şəxsin qadın olduğu bildirilir. Beləliklə, ölənlərin sayı 3 nəfərə çatıb.

Hadisə nəticəsində 61 nəfər xəsarət alıb.
***
20:35
Ermənistanın paytaxtı İrəvanda topdansatış ticarət mərkəzində güclü partlayış baş verib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, partlayış nəticəsində azı 2 nəfər həlak olub, 57 nəfər isə xəsarət alıb.

***
17:00
Ermənistanın paytaxtı İrəvanın “Surmalu” ticarət mərkəzində baş verən partlayış zamanı 1 nəfər ölüb, xəsarət alanıların sayı 34 nəfərə çatıb.

AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
***
14:28
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb

Nazirlik ticarət mərkəzində baş vermiş partlayış nəticəsində 1 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını açıqlayıb.

Hadisə zamanı pirotexnik malların yerləşdiyi mağazanın olduğu bina çöküb.

Dağıntılar altında qalanların olduğu bildirilir.



AzVision.az


Teqlər:





Xəbər lenti