"Kardaşyana Zabuxdan çox diqqət ayırdıq" - Erməni rejissor

   "Kardaşyana Zabuxdan çox diqqət ayırdıq" -    Erməni rejissor
  12 Avqust 2022    Oxunub:716
Tanınmış erməni rejissor və prodüser Ruben Mxitarayn diqqət çəkən açıqlamalar verib. AzVision.az xəbər verir ki, o, yerli mediaya xalqın düşüncə tərzinin dəyişdirilməsindən gileylənib.
- İnsanları müalicə etmək lazımdır. Bütün keçmiş səhvlər üçün gündə onlardan 10 dəfə bağışlanma diləmək lazımdır. Bu adamlarla oturub, üz-üzə danışmaq gərəkdir. İnsanların günahı deyil ki, onlara 30 il yalan danışmağa icazə verildi. Onların gözləri qarşısında haqsızlıqların olması xalqın günahı deyil. O da camaatın günahı deyil ki, savadsızlar milyonçu olub, savadlılar isə arxa plana keçiblər. Xalq günahkar sayılmamalıdır ki, kütləyə yalnız öz əlinizdən çıxan tarixi təqdim etdiniz. Zabuxdan çox Kim Kardaşyanın bədənini gördükləri üçün bu adamlar günahkar sayılmırlar.

Həmçinin xalq günahkar hesab edilməməlidir ki, 2018-ci ilin mayında Daşnaksütyun Nikolun kim olduğunu çox gözəl bilərək öz səsləri ilə onun baş nazir postuna gəlməsini təmin etdi, - Mxitaryan həm cəmiyyətin düşdüyü acınacaqlı durumdan həm də ümumilikdə erməni cəmiyyətinin, hakimiyyətin anormal istiqamətdə irəliləməsindən gileylənib.

Tural Tağıyev
AzVision.az

Teqlər:







Xəbər lenti