Çin XİN: “Pelosi Əfqanıstan, İraq və Suriyaya da səfər etsin”

      Çin XİN:    “Pelosi Əfqanıstan, İraq və Suriyaya da səfər etsin”
  12 Avqust 2022    Oxunub:723
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin keçirdiyi növbəti brifinqdə ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosini Əfqanıstan, İraq, Suriya və Liviyaya səfər etməyə və ABŞ hərbçiləri tərəfindən mülki əhalinin öldürülməsinə görə üzr istəməyə dəvət edib.
O, Pelosinin Tayvana səfərinin Vahid Çin prinsipini və Çinlə ABŞ arasında olan üç kommunikeni pozan ciddi siyasi təxribat olduğuna diqqət çəkib.

“Pelosi həqiqətən demokratiya və insan haqları ilə maraqlanırsa, o zaman Əfqanıstan, İraq, Suriya və Liviyaya getsə yaxşı olar ki, burada ABŞ hərbçilərinin əli ilə yüz minlərlə mülki şəxsin ölümünə görə peşmançılıq hissi keçirə bilər. Orada o, həmçinin söz verə biləcək ki, ABŞ-ın BMT Nizamnaməsini və beynəlxalq hüququ pozması nəticəsində yaranan bu cür qəddarlıq bir daha təkrarlanmayacaq”-deyə, o bildirib.

“Onun səfərinin demokratiya ilə heç bir əlaqəsi yox idi, bu, Tayvandakı soydaşlarımız da daxil olmaqla 1,4 milyardlıq Çin xalqının iradəsinə zidd olan siyasi oyun idi”.


AzVision.az


Teqlər:





Xəbər lenti