Ukrayna ABŞ-dan HIMARS üçün sursat və PUA-lar istəyir

   Ukrayna ABŞ-dan HIMARS üçün sursat və PUA-lar istəyir
  12 Avqust 2022    Oxunub:749
Ukrayna ABŞ Müdafiə Nazirliyindən Amerikanın HIMARS (ing. “High Mobility Artillery Rocket System” - Yüksək Mobilli Raket-Artilleriya Sistemi) reaktiv yaylım atəş sistemləri, eləcə də artıq təhvil verilmiş M777-dən başqa haubitsa növləri üçün sursatların tədarükünü təmin etməyi xahiş edib.
Bu barədə Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova Bloomberg-ə müsahibəsində bildirib. Onun sözlərinə görə, HIMARS təchizatları döyüşlərin aparılması üçün çox vacibdir: “Ukrayna artıq bir çox belə sistemlər alıb, lakin ölkənin daha çox uzaqmənzilli silahlara ehtiyacı var. Ona görə yox ki, biz Rusiya ərazisini bombalamalıyıq, sadəcə olaraq ərazimizdə istənilən nöqtəyə çatmalıyıq”.

Kiyev döyüş sursatı və haubitsalardan əlavə, daha çox pilotsuz uçan aparatlar - təkcə “Bayraktar” deyil, həm də Amerikanın döyüş PUA-ları olan “Switchblade”, “Puma” və “Phoenix Ghost” almaq istəyir: “Başqa qüvvələr və vasitələr də var. Bircə dənə yox deyəcəyimiz hərbi vasitə yoxdur”.

AzVision.az


Teqlər: HIMARS  





Xəbər lenti