2022-ci ilin ikinci rübündə Rusiyanın ÜDM-i 4,7% azalıb
“Biz dördüncü rübdə tələbi dəstəkləyən daha yumşaq pul siyasəti səbəbindən daralmanın yavaşlamasını gözləyirik. Bununla belə, 2023-cü ildə iqtisadiyyat daha 2 faiz itirəcək, çünki Avropanın Rusiya enerji daşıyıcılarının alınmasına qadağa qoyulması ixracı azaldacaq”, - iqtisadçı Aleksandr İsakov bildirib.
Agentliyin məlumatına görə, iqtisadi tənəzzül ilkin qorxularla müqayisədə daha az kəskin olub. Bununla belə, Rusiya Mərkəzi Bank qarşıdakı rüblərdə tənəzzülün artacağını proqnozlaşdırır. Eyni zamanda, gələn ilin ikinci yarısına kimi iqtisadi canlanma gözləmək lazım deyil.
AzVision.az
Teqlər: