Daha bir erməni Zabuxla bağlı təxribatçı çağırışlar etdi

   Daha bir erməni    Zabuxla bağlı təxribatçı çağırışlar etdi
  12 Avqust 2022    Oxunub:1082
Xəbər verdiyimiz kimi işğal dövründə Laçın rayonu və Zabux kəndində qanunsuz məskunlaşdırılmış ermənilər artıq bölgəni Azərbayacana təhvil verirlər. Köç prosesi avqustun 24-nə kimi yekunlaşmalıdır. Amma erməni xisləti növbəti dəfə özünü büruzə verməkdədir.
Zabuxda ermənidən təxribatçı çağırış
Müxtəlif təxribatçı çağırışlar olur, hətta Zabux kəndindən çıxmayaraq silahlı mübarizə aparmaq təklifləri də səsləndirilir. Qondarma rejimdə məsul "vəzifələrdə" işləmiş Artur Ayrapetyan isə video yayaraq ermənilərə təxribatçı çağırış edib. O, gənclərə müraciətində onları mübarizəyə qalxmağa çağırıb.

- Biz hamımız Laçında, Zabuxda baş verənlərdən yaxşı xəbərdarıq. Xahiş edirəm, yalnız müraciət və statuslarla məhdudlaşmayaq. Biz "vətən"in müdafiəsinə qalxacağıq, Zabux və Laçındakı soydaşlarımızın yanında olacağıq... Əminəm ki, "torpağımızı", "suyumuzu" müdafiə etmək üçün ayağa qalxmaqla, birləşəcək dönüş edə biləcəyik. Mənəvi cəhətdən təslim olsaq, uduzacağıq, - Ayrapetyan sərsəm çağırışlar edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Zabux   Erməni   Təxribat  





Xəbər lenti