"İran Rusiyanı vecinə almır, İrəvan isə tabutda görür" - Kolerov

   "İran Rusiyanı vecinə almır, İrəvan isə tabutda görür" -    Kolerov
  12 Avqust 2022    Oxunub:955
Rusiyalı politoloq, "Regnum" xəbər agentliyinin baş redaktoru Modest Kolerov Ermənistan mətbuatına diqqətçəkən müsahibə verib. Müəllif Kolerovla müsahibəyə girişi "Modestlə söhbətimiz kədərli və ümidsiz oldu" cümləsi ilə başlayıb. AzVision.az daim ermənipərəst mövqeyi ilə seçilən rus politoloqun jurnalistlə "tikanlı" söhbətindən diqqət çəkən hissələri təqdim edir.
"Ermənistandakı böhran həll olunmayacaq"- Kolerov
- Ermənistanda əsasən depressiv əhval-ruhiyyə var. İnsanlar yaxşı heç nə gözləmirlər. Əhalinin əksəriyyətinin gözü Şimala(Rusiyanı nəzərdə tutur-red.) yönəlsə də, onlar bu gün rus sülhməramlılarını passivlikdə ittiham edirlər. Hətta baş nazirimiz Rusiya tərəfinin arxayınlığından, təmas xəttində sonuncu eskalasiyanın hansı şəraitdə baş verdiyindən danışıb. Siz bu qiymətləndirmə ilə razısınızmı və sülhməramlıların passivliyinin səbəbi nədir?

- Niyə passivlik?

- Azərbaycan 9 noyabr "razılaşmalarını pozur". Məsələn, atəş açırlar, amma Rusiya sülhməramlıları buna reaksiya vermirlər.

- Amma atışmalar yağış kimi bir hadisəyə çevrilib. Bəs İrəvan razılaşmaları yerinə yetiribmi?

- Bəli, prinsipcə, biz Laçın dəhlizinə alternativ olan yolu çəkməmişik. Ona görə də hələ vaxt var. İrəvanla bağlı şikayətləriniz nələrdir?

- Ermənistan ordusu bu ərazidən indi çıxarılır. Sözün əsl mənasında bu yalnız indi baş tutur və hərbçilər sonuncu eskalasiya anından sonra çıxarıldılar. Bəlkə də sizə əvvəlcə razılaşma, sonra yeni tələblər irəli sürmək gərəkirdi. Bu birinci məsələ. Sualınıza gəldikdə isə sülhməramlılar yalnız münaqişə tərəfləri arasında vasitəçidirlər və hər hansı tərəfin mövqeyinə uyğun hərəkət edə bilməzlər. Bu bir faktdır. Məsələn, onlar Laçın dəhlizinə paralel yol çəkməyi öhdələrinə götürə bilməzlər. Yolu kim tikmədi? Onu yalnız Ermənistan qurmayıb. Azərbaycan yolun bir hissəsini tamamlayıb. Laçın boşdur, rayonun yaxaınlığından keçdim və gördüm ki, orada heç kim yoxdur.

- Amma Laçında müəyyən sayda erməni var. Çox olmasa da, Laçının üç ərazisində 100-ə yaxın ailə qalıb.

- Xeyr. Rəsmi məlumata görə, orada 10 nəfər var. Laçında heç kim qalmayıb. Yaxınlıqdan keçərkən təsadüfən avtobus dayanacağında iki uşaqlı bir gənc qadın gördüm, bu qədər... Rəsmi məlumatlara görə, Laçın tam boşdur. Niyə Ermənistan hakimiyyəti Laçın sakinlərindən evlərini yandırmamağı tələb edir?

- "Qarabağ hakimiyyəti" bunu təkzib etdi. Dedilər ki, belə bir şey yoxdur, insanlar evləri yandıracaqları təqdirdə təzminat almayacaqları ilə bağlı deyilənləri səhv başa düşüblər.

- Bu sadəcə adi söhbətdir. Sakinlərə bildirilib ki, evləri dağıtmayın. Bu məsələləri dərindən araşdırmağa başlayan kimi çox acınacaqlı mənzərə ilə qarşılaşırıq. Məsələn, mən üçüncü şəxs kimi Laçından dəhlizin işinin dayandırılmasına, yeni yolun çəkilməsinə səbəb görmürəm. Bunun niyə edildiyini başa düşmürəm. Siyasi məna nədir? Niyə bir Laçın dəhlizi başqa bir dəhliz və ya yol ilə əvəz olunmalıdır?

- Düzünü desəm, biz də bunu başa düşmürük, amma bu, 9 noyabr razılaşmalarından biridir və heç də erməni tərəfinin tələbi deyil.

- Və demək istəyirsiniz ki, yenə Putin günahkardır?

- Mən belə bir söz demədim, amma məsuliyyəti sənədi imzalayanlar daşıyır. Biz əvvəlcə bu sənədin məntiqi ilə razılaşmayan və bunda Nikol Paşinyanı günahlandıran sadə insanların nöqteyi-nəzərini təqdim edirik.

- Bilirsən nə demək istəyirəm? İrəvanın Qarabağ məsələsinə görə məsuliyyətdən tez-tez yayınmaq istəyi bütün dünyaya görünür. Qoşunlar çıxarıldıqdan sonra Ermənistanı Qarabağla bağlayan yeganə şey subsidiyalar, ianələrdir. Başqa heç nə bağlamır.

Sizin proqnozunuza görə, Rusiya sülhməramlılarının mandatı uzadılacaqmı?

- Qorxuram yox.

- Bəs niyə? Səbəb?

- Çünki Azərbaycan bunu istəmir.

- Və bu, necəsə özünü göstərir?

- Bəli, birincisi İrəvan bunun üçün mübarizə aparmır. Rusiya çoxdan Minsk formatından çıxıb və bunu dəfələrlə təsdiqləyib. İrəvan nə edir? Minsk Qrupunun digər iki həmsədrini öpürlər, sanki bu qanunidir. Axı Minsk qrupundan biri çıxıbsa, o biri ikisi onsuz da heç bir funksiya yerinə yetirmir, qrup qeyri-legitim olur. Niyə onları öpürsən? Bununla siz nəyi göstərirsiniz, İrəvan nəyi göstərir? Rusiyaya əhəmiyyət vermədiyini, “Rusiyanı tabutda gördüyünü”. Və belə bir münasibət olduqda, sülhməramlıların mövcudluğunun qorunması üçün mübarizə aparmaq istəyirsiniz?

- Amma Paşinyan daim Putinlə Ermənistan-Azərbaycan sərhədinin təhlükəsizlik məsələlərini müzakirə edir.

- Bu, sadəcə sözlərdir. Paşinyan gecə-gündüz Brüsseldə oturur, durmadan Minsk qrupundan danışır. Sülhməramlılar uğrunda mübarizə aparır, yoxsa əfsanəvi Minsk qrupu ona sülhməramlılar göndərəcəyinə söz verib? Xeyr... Ora ruslardan başqa heç kim girməyəcək.

- Necə düşünürsünüz, bölgəmizdə yeni müharibə olacaqmı?

- Həmişə belə olacaq. İndiki kimi surətlə getməyən proseslər olacaq, o, hər zaman alovlanacaq.

- İndi Ermənistan torpaqlarının tədricən "zəbti" prosesi gedir. Tezliklə Ermənistandan heç nə qalmayacaq.

- Bəli, proses gedir və bu belə də davam edəcək.

- Əslində, bu gün Qarabağ ermənilərinin demək olar ki, hamısı Xankəndidə yaşayır.

- 20 illik səfərlərimdə ilk dəfə küçələrdə tıxacların olduğunu müşahidə etdim. Orada həyat davam edir.

- Və son sual...

- Sizi cavablarımla incidirəm, ona görə danışmaq istəmirəm, özüm də kədərlənirəm.

- Yox, sizin dedikləriniz reallıqlardır, biz də bunu görürük. Bizimkilər sadəcə olaraq baş nazirlə razılaşmırlar və insanlar bilmirlər ki, nə etsinlər, vəziyyəti necə düzəltsinlər.

- Baş naziriniz qanuni yolla seçilib, heç bir yerdəyişmə gözlənilmir və o, ömürlük baş nazir də ola bilər.

- Bizdə belə bir fikir formalaşıb ki, Ermənistan İrana üz tutsa, bu rusların xoşuna gəlməyəcək.

- İran Rusiyanı vecinə almır. İran özünü təmin edən böyük ölkədir və heç kimə baxmır. Mən bu ölkədə olmuşam, ən yüksək səviyyədə görüşlər keçirmişəm və məndə belə bir təəssürat yarandı ki, onlar yalnız özlərinə arxalana bilərlər. Ermənistana gəlincə, İrəvan İrana üz tutmayacaq. Nikolla Rəisi arasındakı dünənki söhbəti xatırlayırsınız? İran nə bəyan etdi, biz bölgədə geosiyasi dəyişiklikləri qəbul etməyəcəyik. Bu sadə dillə izah olunarsa, o deməkdir ki, repetitorluq üçün NATO və Avropa Şurasına getmək kifayətdir. Son müharibədən sonra və son vaxtlar ərazi bütövlüyünün bərpası münasibətilə Tehrandan Azərbaycana təbriklər gəlir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Rusiya   Azərbaycan   İran   Qarabağ  





Xəbər lenti